Son yeniləmə: 30 May 2024 08:59
Bələdiyyə sədri iş qapısınəın üzərinə maraqlı löhvə asdı
BAYRAQDAR MEDİA – Denizlinin Beyağaç mahalının 49,94 faiz səslə bələdiyyə sədri seçilən Sezayi Pütün vəzifəsinin icrasına maraqlı addəmıarla başlayıb.
Bu barədə denizli24haber.com saytı məlumat yayıb.
Bildirilib ki, “Üç dönəm bələdiyyə başqanı olmuş Mustafa Akçayı böyük fərqlə geridə qoyan Sezayi Pütün bələdiyyə binasının girişində “Rüşvət alana da, rüşvət verənə də lənət” hadis-i şerifi yazılmış lövhə asıb.
Bu addım vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanıb.
S.Pütün seçki prosesində verdikləri sözə əməl etdiklərini və rüşvət əleyhinə hədisi bələdiyyəyə asdıqlarını vurğulayıb: “Əxlaqlı bələdiyyəçilikdə rüşvət, oğurluq, sui-istifadə, qohumbazlıq, yerlibazlıq, ikili standartlar, ədalətsizlik, borc və faiz olmayacaq. Dəbdəbənin, lovğalığın və israfçılığın qarşısını alacağıq. Millətin dərdinə carə dərd edəcəyik, birinci millət deyəcəyik”.
Bələdiyyə sədri “Biz 5 il ərzində Beyağaça və vətəndaşlarımıza vicdanla və mənəviyyatla xidmət edəcəyik” deyib.