Press "Enter" to skip to content

Özbəkistanda tələbələrə təhsil qrantı veriləcək

Özbəkistanda tələbələr üçün yeni imkan

Son yeniləmə: 30 May 2024 08:58

BAYRAQDAR MEDİA – Özbəkistanda dövlət büdcəsindən maliyyələşən tələbələr üçün məzun olduqdan sonra 3 illik məcburi xidmət ləğv edilib.

Veçernıy Bişkek xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sərəncam imzalayıb.

Bildirilir ki, “həmçinin 2024/2025-ci tədris ilindən ali məktəb tələbələrinə sosial stimullaşdırıcı qrant və təhsil qrantı şəklində dövlət qrantı veriləcək. Təhsil qrantı dövlət sifarişinin parametrləri çərçivəsində ali təhsil müəssisəsində təhsil almaq üçün qəbul edilən tələbələrə verilir”.

Məluamat görə, qrant 2024/2025-ci tədris ilindən tələbələrə bir tədris ili üçün ayrılacaq: “Ali məktəblərə ayrılmış dövlət sifarişi kvotasına uyğun olaraq qəbul imtahanlarında yüksək bal toplayan I kurs tələbələrinə təhsil qrantı ayrılır. İkinci və sonrakı illərdə qrant universitet tərəfindən yüksək akademik göstəriciləri olan tələbələr arasında yenidən bölüşdürülür. Lakin təqaüd yalnız tam təhsil qrantı qazanmış tələbələrə ödənilir”.

Mission News Theme by Compete Themes.