BAYRAQDAR MEDİA – Mayın 30-da qardaş Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti İzmir şəhərində “EFES – 2024” çoxmillətli təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edib.
Bu barədə xəbəri BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən veriblər.
Xəbərdə deyilir ki, Müşahidəçi Günündə Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan və milli müdafiə naziri Yaşar Güler çıxış edib: “Nümayəndələr Türkiyə Müdafiə Sənayesi Komitəsinin sərgisi ilə tanış olduqdan sonra “Türk Ulduzları”nın nümunəvi uçuşlarını və paraşüt atlayışlarını izləyiblər. Sonra 49 ölkədən ümumilikdə 1 min 567 nəfərdən ibarət şəxsi heyətin iştirak etdiyi “EFES – 2024” çoxmillətli təlimində mükafatlandırma mərasimi keçirilib”.
Bildirilir ki, sonda təntənəli konsert proqramı təqdim edilib.