Son yeniləmə: 30 May 2024 09:40
BAYRAQDAR MEDİA – Bolqarıstanın türklər yaşayan Kırcali bölgəsində məktəblilər “Vəhşi məktəb”ə qatılıb.
Radio Bolqarıstan xəbər verir ki, “Daha vəhşi Rodoplar” Vəqfi tərəfindən Studen Kladenets bölgəsində təşkil edilən ilk məktəbə 27 şagird qatılıb: “Təşəbbüsün məqsədi 12-17 yaşlı uşaq və gənclərin biomüxtəlifliyin qorunması və yenilənməsi nümunəsi kimi vəhşi heyvanların təbiətə qayıdışı konsepsiyası ilə tanış olmalarını təmin etməkdir. İştirakçılar iki gün ərzində durbinlə müşahidə edərək, rayonun bənzərsiz təbiətinə toxunmaq, onun flora və faunası ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Şagirdlər qida zəncirini də araşdırıb, təbii yaşayış mühitində vəhşi heyvanları maraqla izləyiblər”.