BAYRAQDAR MEDİA – Mayın 15-də Güney Azərbaycanın Əcəbşir şəhərində İranın təhlükəsizlik qüvvələri elektrik mühəndisi Sina Əxtəri Şişvanın evinə basqınla onu həbs edib.
Bu barədə xəbəri “Azad İran” Telegram kanalı Azərbaycan Öyrənci Hərəkatına istinadla yayıb.
Xəbərdə deyilir ki, “Əcəbşir şəhər İnqilab Prokurorluğu Güney Azərbaycanlını “dövlət quruluşu əleyhinə təbliğat aparmaq” və “sosial şəbəkələrdə paylaşım etməklə ictimai düşüncəni çaşdırmaq”da ittiham edib. O, saxlanıldıqdan bir gün sonra zaminə buraxılıb”.
Vurğulanıb ki, “Sina Əxtəri Şişvan daha əvvəl İranda və qabaqcıl cəmiyyətlərdə qadınların hüquqlarını müdafiə edən, “Biz kişi deyilik” adlı qadın düşmənçiliyi nəzəriyyələrini rədd edən hüquq müdafiəçisidir”.