Son yeniləmə: 30 May 2024 08:58
BAYRAQDAR MEDİA – Denizli Böyükşəhər Bələdiyyəsi tərəfindən Əl işləri sərgisi keçirilir.
53 fərqli sahədə pulsuz kurslarda təhsil alan 1185 şəxsin əsərlərinin yer aldığı sərgi böyük maraq göstərilir.
Bu barədə denizli24haber.com saytı mılumat yayıb.
Bildirilib ki, “Keçmişin qızıl izləri və əl işlərimizin keçmişdən gələcəyə səyahəti” mövzusunda təqdim olunan 7-ci sərgi mayın 30-da öz qapılarını bağlayacaq.
Denizli Böyükşəhər Bələdiyyəsi Nihat Zeybekci Konqres və Mədəniyyət Mərkəzində davam edən sərgidə 5 min əsər ictimaiyyətə təqdim edilərkən, əl işlərini satmaq istəyənlərə də imkan yaradılıb.
Sərgini ziyarət edən Denizli Böyükşəhər Bələdiyyəsinin sədri Bülent Nuri Çavuşoğlu, sərgidə əməyi keçən hər kəsə təşəkkür edib.