BAYRAQDAR MEDİA – İranda 90 siyasi fəal Əhvazın Şeyban həbsxanasında cəza çəkir.
Bu barədə xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Xəbərdə deyilir ki, “Karun hüquq-müdafiə təşkilatının hesabatına görə, 90 Əhvaz ərəb siyasi fəalı Şeyban həbsxanasının 5-ci bölməsində saxlanılır. Həmin məhbusların bəziləri iyirmi ildən artıqdır ki, bu həbsxanalarda cəza çəkir. Bu fəallardan bəzilərinin adları ilk dəfədir açıqlanır”.