Press "Enter" to skip to content

Azərbaycan və Özbəkistanın media rəsmiləri görüşüb

Görüşdən görüntü

BAYRAQDAR MEDİA – Qardaş Özbəkistanda Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin nazirlikləri və dövlət qurumlarının mətbuat xidmətləri üçün “İnformasiya xidmətləri – 2024: yerli və xarici təcrübə” adlı seminar keçirilib. Seminar çərçivəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Özbəkistan Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin baş direktoru Asadjan Xocayev arasında ikitərəfli görüş olub.

Bu barədə xəbəri Medianın İnkişafı Agentliyi yayıb.

Xəbərdə deyilir ki, “görüşdə qarşılıqlı əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndirilməsi perspektivləri, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında Anlaşma Memorandumu”nun icra vəziyyəti müzakirə olunub. “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair “Yol Xəritəsi” çərçivəsində kommunikasiya sahəsinə məsul struktur bölmələrin fəaliyyətlərinin inkişaf etdirilməsi ilə bağlı birgə təcrübə mübadiləsinin aparılması, hədəf və tədbirlərin müəyyən edilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkilinin zəruriliyi vurğulanıb. Görüş çərçivəsində media savadlılığının artırılmasında maraqlı olan dövlət orqan və qurumları, elm-təhsil müəssisələri arasında əlaqələrin formalaşdırılması, eyni zamanda media müstəvisində informasiya hücumlarına qarşı effektiv mübarizə metodlarının tətbiqinə həsr olunmuş dəyirmi masaların keçirilməsi kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb”.

Mission News Theme by Compete Themes.