BAYRAQDAR MEDİA – Mayın 28-də YouTube İran Xarici İşlər Nazirliyinin kanalını bağlayıb.
Bu barədə xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Xəbərdə deyilir ki, “buna səbəb İran XİN-in öz kanalında “Müqavimət Fələstinin yeganə seçimidir” adlı videomaterial paylaşması olub”.
YouTube-dan İran XİN-ə göndərilən mesajda bildirilib ki, “məzmununuzu nəzərdən keçirdik və “zorakı cinayətlərin təşkilinin yolverilməzliyi” siyasətimizin ciddi və ya təkrar pozulduğunu müəyyən etdik. Bu səbəbdən kanalınızı YouTube-dan sildik”.