Press "Enter" to skip to content

YARAT-da uşaqlara 1 İyun hədiyyəsi

Ustad dərsi olacaq

BAYRAQDAR MEDİA – İyunun 1-i saat 10:00-da YARAT-ın XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş xüsusi ustad dərsi keçiriləcək.

Bu haqda YARAT-ın yaydığı xəbərdə qeyd edilir.

Xəbərdə bildirilir ki, “ustad dərsində iştirakçılar COP29-a gedən yolda Əməkdar rəssam Rəşad Ələkbərov ilə müxtəlif təkrar emal olunan materiallardan istifadə etməklə instalyasiya yaratmaq imkanı əldə edəcəklər. Valideynlərə isə “Azadlığa monument” qrup sərgisinə ekskursiya təşkil olunacaq, daha sonra onlar ekspozisiyada vurğulanan dekolonizasiya, milli kimlik, kollektiv şüur və s. mövzulara dair müzakirəyə qatıla biləcəklər”.

Mission News Theme by Compete Themes.