BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Cenevrədə Ümumdünya Səhiyyə Assambleyasının (ÜSA) “Hər kəs üçün sağlamlıq, bütün səylər sağlamlıq naminə” mövzusunda 77-ci sessiyası keçirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Səhiyyə Assambleyasının plenar iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayev çıxış edib. Tədbir iştirakçılarını salamlayan nümayəndə heyətinin rəhbəri qeyd edib ki, bəşəriyyətin üzləşdiyi son qlobal təhlükələr parçalanmış dünyanı bərpa etmək üçün bizləri sıx əməkdaşlıq etməyə sövq edir. Nazirin sözlərinə görə, informasiya texnologiyalarının sürətli inkişafı tibbi xidmətləri əlçatan etməklə, “Hər kəs üçün sağlamlıq” arzusunun reallaşmasına imkan yaradıb. Diqqətə çatdırılıb ki, son 20 ildə Azərbaycanda milli səhiyyə sisteminin gücləndirilməsi istiqamətində mühüm işlər görülüb, 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub, müasir tibbi avadanlıqlarla təchiz edilib. Nazir çıxışında Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamını xüsusilə vurğulayıb”.
Daha sonra xəbərdə, “T.Musayev Azərbaycanda “Hər kəs üçün sağlamlıq” konsepsiyasının keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıtmasının təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. O həmçinin qeyd edib ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Azərbaycan hökuməti işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması istiqamətində mühüm işlər görür.