BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin “Acıbadem” Xəstəxanasının professorları Arel Gereli və Fatih Dikicinin, həmçinin Azərbaycanın Respublika Klinik Xəstəxanası Travmatologiya şöbəsinin həkimləri Eldar Əsədli, Tofiq Abdullayev, İlqar İsmayılovun iştirakı ilə 29 yaşlı Vətən müharibəsi qazisi üzərində icbari tibbi sığortanın Xidmətlər zərfi çərçivəsində ağır cərrahi əməliyyat icra edilib.
Bu barədə xəbər BAYRAQDAR MEDİA-ya TƏBİB-dən verilib.
Xəbərdə deyilir ki, “xəstəyə tibia talar, talokalkanear, talonavikulyar oynaqların artrozu diaqnozu qoyulub. Həyata keçirilən birgə triple artrodez əməliyyatı uğurla icra olunub. Travmotoloji əməliyyat zamanı pasiyentin çanaq sümüyündən bir hissə götürülərək ayaq biləyinə birləşdirilib. Hazırda pasiyentin vəziyyəti sabit qiymətləndirilir”.