Press "Enter" to skip to content

Qaşqay Türklərinin Mədəniyyət və Həmrəylik Mərkəzi

Qaşqay türkləri

BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin İstanbul şəhərində İranda yaşayan Qaşqay Türklərinin Mədəniyyət və Həmrəylik Mərkəzi fəaliyyətə başlayıb.

Bu barədə xəbəri GünAz.TV Mərkəzin sözçüsü İsa Doğanlıya istinadla yayıb.

İsa Doğanlı bildirib ki, “bu qurumun yaradılmasında məqsəd İran coğrafiyasında yaşayan türklərin, xüsusən qaşqay türklərinin mədəniyyətini, dilini və dəyərlərini qorumaq və təbliğ etməkdir”.

Məlumata görə, İranın cənub və mərkəzi bölgələrində yaşayan qaşqay türklərinin təxmini sayı 3 milyon nəfərdir.

Qeyd edək ki, İranın Kohgiluyə və Böyirəhməd, İsfahan, Fars və Buşəhr əyalətlərində yaşayan qaşqay türklərinin torpaqları “Qaşqay yurd” adı ilə tanınır.

Mission News Theme by Compete Themes.