Press "Enter" to skip to content

Türkmənistan Qazaxıstanın etibarlı strateji tərəfdaşıdır

Görüş zamanı

Son yeniləmə: 29 May 2024 13:49

BAYRAQDAR MEDİA – Türkmənistanın baş nazirinin müavini və xarici işlər naziri Rəşid Meredov mayın 27-də Astanaya rəsmi səfəri çərçivəsində Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev ilə görüşüb.

Bu barədə orient.tm məlumat yayıb.

Bildirilib ki, türkmənistanlı diplomatı salamlayan Qazaxıstan rəhbəri Qazaxıstan-Türkmən münasibətlərinin hazırkı durumundan məmnunluğunu ifadə edib: “Biz Türkmənistanı etibarlı strateji tərəfdaş, həm ruhən, həm də tarixən bizə yaxın olan dövlət kimi qəbul edirik. Həqiqətən də, son illər ölkələrimiz arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edib və iqtisadiyyatın strateji sektorları da daxil olmaqla yeni dinamika əldə edib”.

Rəşid Meredov isə Aşqabadın dövlətlərarası münasibətlərin bütün spektri üzrə Astana ilə əməkdaşlığı daha da genişləndirməyə sadiq olduğunu təsdiqləyib.

Məlumata görə, söhbət zamanı ticarət-iqtisadi, energetika və nəqliyyat-logistika sahələrində iri layihələrin icrasının gedişi nəzərdən keçirilib: “Onların məntiqi nəticəyə çatdırılmasının vacibliyi qeyd edilib ki, bu da iki qardaş dövlət arasında münasibətlərin xüsusi xarakterini bir daha təsdiq edəcək. Akordanın mətbuat xidmətindən verilən məlumata görə, həmsöhbətlər regional və beynəlxalq gündəliyin cari məsələlərini müzakirə edib, həmçinin yüksək səviyyədə qarşıdakı təmasların cədvəlini nəzərdən keçiriblər”.

Mission News Theme by Compete Themes.