Press "Enter" to skip to content

İrandan Azərbaycan dilinə hörmətsizlik

Təbriz şəhəri

BAYRAQDAR MEDİA – İran dövləti növbəti dəfə Azərbaycan dilli kitabların çapına mane olub.

Bu barədə xəbəri “Azad İran” Telegram kanalı yayıb.

Xəbərdə deyilir ki, “İranda Mədəniyyət və İslami İrşad Təşkilatı “İran azəricəsi” adlı bir dil ortaya atmaqla ölkədə Azərbaycan dilində kitabların nəşrinin qarşısını alır. Bu dəfə sözügedən təşkilat Güneyli sənətçi Rza Hüseyni Bəqanamın “Sürgündə” adlı kitabının çapına mane olub. Buna səbəb kimi isə kitabın “İran azəricəsi” dilində yazılmaması bəhanəsi göstərilib”.

Vurğulanıb ki, “daha öncə Şərqi Azərbaycan əyalətinin İrşad İdarəsi kitablarda istifadə edilən yazı və terminlərdə əsas göstəricinin İranda Azərbaycan türkcəsi və Təbrizin tarixi ləhcəsi olduğu planını açıqlamışdı”.

Məlumata görə, İran dövlət televiziyası “Qafqaz türkcəsi” və “İran azəricəsi” kimi yeni “dillər” yaratmaqla əksər kitabların lisenziyasını rədd edərək Azərbaycan və Qarabağ kimi sözləri ciddi senzuraya məruz qoyur və bu sözlərin yerinə “Aran” işlədilməsini məqsədəuyğun bilir.

Mission News Theme by Compete Themes.