Son yeniləmə: 29 May 2024 14:36
BAYRAQDAR MEDİA – Quzey Makedoniyada yeni hökumətlə bağlı danışıqlar başa çatmaq üzrədir. Artıq qurulacaq yeni hökumətdə vəzifə bölgüsü aparılır.
Bu barədə Yeni Balkan məlumat yayıb.
Bildirilib ki, “VMRO-DPMNE və onun koalisiyasının rəhbərlik etdiyi hökumətin qurulması danışıqları sona yaxınlaşır. İşçi qruplarından alınan məlumata görə, tərəflərin böyük ölçüdə razılığa gəldiyi bildirilib”.
Əldə edilən məlumata görə, VMRO-DPMNE və “Sənin Makedoniyan” VMRO-DPMNE və “Sizin Makedoniya” koalisiyası hökumətdə Daxili İşlər, Maliyyə, Nəqliyyat və Rabitə, Təhsil və Elm, Mədəniyyət, Xarici İşlər, Kənd Təsərrüfatı, Meşə və Su Təsərrüfatı Yerli İdarəetmə, Müdafiə, Enerji, Siyasi Sistem və digər nazirliklərdə nazir vəzifəsini alacaq.VLEN koalisiyası Ətraf Mühit və Məkan Planlaması Nazirliyində nazir postunu tutacaq.
Burada nazir olacaq şəxs həm də baş nazirin müavini vəzifəsini icra edəcək. Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Sosial Siyasət, Demoqrafiya və Gənclər Nazirliyi də VLEN koalisiyasına veriləcək. VLEN həmçinin Avropa İşləri Katibliyini də idarə edəcək.
VLEN həmçinin Yaxşı İdarəetmə üzrə Dövlət Nazirliyinin idarəetməsini də həyuata keçirəcək.
Digər tərəfdən, ZNAM hərəkatı ilə danışıqlar davam edir. Ədliyyə Nazirliyi və Dövlət İdarəçilik Nazirliyinin ZNAM Hərəkatına veriləcəyi gözlənilir.