Son yeniləmə: 31 May 2024 08:58
BAYRAQDAR MEDİA – Mayın 27-də Eskişehir Anadolu Üniversitetinin Yunus Emre zalında Hüseyn Cavadzadənin müəllifi olduğu “Rəsulzadə- Ən Səmimi Sevgiylə” sənədli filmi nümayiş etdirilib. Nümayiş Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən 28 May-Müstəqillik Günü və Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümü münasibətilə təşkil edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Eskişehir Azərbaycanlılar Dərnəyindən məlumat verilib.
Bildirilib ki, “öncə şəhidlər və dövlət böyüklərinin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Sonra Türkiyə İstiqlal Marşı və Azərbaycan Dövlət Himni səsləndirilib. Mərasimdə çıxış edən Dərnəyin sədri Cavid Aydın önəmli bir gündə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadənin müstəqilliyimiz uğrunda apardığı mücadilədən bəhs edib”.
Sonra çıxış edən Hüseyn Cavadzadə müəllifi olduğu film və gördükləri işlərdən bəhs edib.
Filmin sonunda Dərnək sədri Cavid Aydın Hüseyn Cavadzadəyə plaket təqdim edib.