Son yeniləmə: 29 May 2024 08:58
BAYRAQDAR MEDİA – Quzey Makedoniya parlamentinin ilk sessiyasında Afrim Qaşi Assambleyanın sədri seçilib.
Bu barədə Yeni Balkan məlumat verib.
Bildirilib ki, “mayın 27-də Alternativanın rəhbərliyindən istefa verən A.Qaşi mayın 28-də VLEN-in təklifi və VMRO-DPMNE-nin dəstəyi ilə 76 lehinə, 6 əleyhinə səslə parlamentin sədri seçilib. “Avropa Cəbhəsi” Alyansı və “Avropa Gələcəyi” Koalisiyası seçkidə iştirak etməsə də, ZNAM onu dəstəkləyib, Levica isə əleyhinə səs verib”.
Məlumata görə, mayın 28-də millət vəkili kimi səlahiyyətləri təsdiqlənən 5 türk millət vəkilinin 3-ü səsverməni boykot edib, 1-i lehinə, 1-i isə əleyhinə səs verib: “Türkiyəli millət vəkilləri Beycan İlyas, İsmail Yaoski və Sali Murati iclası tərk edərkən, Rəcəb İsmayıl əleyhinə, Mevmed Caferi isə lehinə səs verib.