BAYRAQDAR MEDİA – 2024-cü ilin yanvar-aprel ayları ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 53,6 milyon manat vəsait ödənilib.
Bu barədə BAYARQDAR MEDİA-ya mayın 29-da Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, “beləliklə, 2023-cü ilin analoji dövrü ilə müqayisədə 4,7 milyon manat və ya 9,5% çox vəsait xərclənib”.