Press "Enter" to skip to content

MEK kitabsevərləri “Açıq qapı” günlərinə dəvət edir

Kitabsevərlər, gəlin

BAYRAQDAR MEDİA – 3-4 iyun 2024-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Açıq qapı” günləri keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə bildirilir ki, “kitabsevərlər qeyd edilən tarixlərdə Azərbaycanın zəngin mədəni irsinin mühafizə olunduğu MEK-də oxucular üçün yaradılmış şəraitlə, göstərilən xidmətlərlə, zəngin kitab fondu, elektron kataloq, kitabxana sistemləri ilə və s. yaxından tanışlıq imkanı əldə edəcəklər. Tədbir çərçivəsində kitabsevərlər MEK-in Sərgi salonunda Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən nəşrlərdən ibarət guşələr və hal-hazırda davam edən müxtəlif mövzulu guşələrə baxacaq, “Naxçıvan MR – 100”, “Yaşıl dünya naminə həmrəylik ili”, “Məhəmməd Füzuli – 530”, “Əziz Sancar” adlı sərgilərlə tanış olacaqlar”.

“Açıq qapı” günləri 3-4 iyun saat 10:00-dan 18:00-dək davam edəcək. Giriş sərbəstdir.

Qeyd edək ki, MEK-ə yaxınlaşan ziyarətçilərin şəxsiyyətlərini təsdiq edən hansısa bir sənədin üzərlərində olması mütləqdir.

Mission News Theme by Compete Themes.