Press "Enter" to skip to content

Zindanda olan Güney Azərbaycanlı fəallara dəstək

Divarlardakı azadlıq çağırışları

BAYRAQDAR MEDİA – Mayın 26-da Güney Azərbaycan milli hərəkatının fəalları Ərdəbil zindanında həbsdə olan bir sıra milli fəallara, o cümlədən Mahmud Ocaqlı və Murtəza Pərvinə dəstək məqsədilə divarlara antihökumət şüarları yazıb.

Bu barədə xəbəri “Güney AzFront” Telegram kanalı yayıb.

Xəbərdə deyilir ki, “etiraz şüarlarında yazılıb:

Güney Azərbaycan fəalları Murtəza Pərvin və Mahmud Ocaqlı azad edilməlidir!

Azadlıq uğrunda həbs olunanlara azadlıq!

Yolumuz və məqsədimiz: Azadlıq, Ədalət, Milli hökumət!

Biz, Güney Azərbaycan xalqı siyasi fəallarımızın azadlığını tələb edirik!”

Güney Azərbaycanın qeyrətli və qəhrəman övladlarını azad edin!”

Mission News Theme by Compete Themes.