BAYRAQDAR MEDİA – Mayın 26-da Güney Azərbaycan milli hərəkatının fəalları Ərdəbil zindanında həbsdə olan bir sıra milli fəallara, o cümlədən Mahmud Ocaqlı və Murtəza Pərvinə dəstək məqsədilə divarlara antihökumət şüarları yazıb.
Bu barədə xəbəri “Güney AzFront” Telegram kanalı yayıb.
Xəbərdə deyilir ki, “etiraz şüarlarında yazılıb:
Güney Azərbaycan fəalları Murtəza Pərvin və Mahmud Ocaqlı azad edilməlidir!
Azadlıq uğrunda həbs olunanlara azadlıq!
Yolumuz və məqsədimiz: Azadlıq, Ədalət, Milli hökumət!
Biz, Güney Azərbaycan xalqı siyasi fəallarımızın azadlığını tələb edirik!”
Güney Azərbaycanın qeyrətli və qəhrəman övladlarını azad edin!”