Son yeniləmə: 27 May 2024 12:39
Numan Kurtulmuş: Türk dünyasının yeni bir mərkəz olaraq ortaya çıxmağa başladığını görürük
BAYRAQDAR MEDİA – “Türk dünyasının yeni bir mərkəz olaraq formalaşmağa başladığını görürük. Bu mənada türk dünyasının inkişafı dünya sülhünə töhfə verəcək mühüm ən mühüm istiqamətlərdən biridir”.
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş deyib.
Anadolu Ajansının məlumatına görə, N.Kurtulmuş Azərbaycanın Müstəqillik və Silahlı Qüvvələr Günü münasibətilə Türkiyə Cumhurbaşkanlığı Beştepe Millet Kongre ve Kültür Merkezində keçirilən proqramda iştirak edib.
Mərasimdəki çıxışında TBMM sədri Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini çatdırmaqla yanaşı dünyanın keçdiyi prosesə diqqət çəkib.
Məlumata görə o, çoxqütblü dünyanın qurulmasının mümkün və taleyüklü olduğu bir dövrün başlanğıcında olduğumuzu xatırladıb: “N.Kurtulmuş, qarşıdakı dövrdə dünyada tarazlıqlara köklü şəkildə təsir edəcək yeni güc mərkəzlərinin meydana çıxmasının qaçınılmaz olduğunu bildirib”.
Bu prosesdə türk dünyasının birliyinin vacib olduğunu vurğulayan NKurtulmuş sözlərini belə davam etdirib: “Orta Asiyadan başlayıb Anadoludan Balkanlara qədər uzanan və bizim “turkuaz yay” (“firuzəyi qövs”) dediyimiz, bəlkə də, dünyanın ən strateji, hər baxımdan ən əhəmiyyətli coğrafiyasında yerləşən, 300 milyona yaxınlaşan əhalisi ilə, yeraltı və yerüstü sərvətləri ilə strateji mövqeyə malik olan türk dövlətlərinin, türk millətinin dünyada yeni bir tarazlıq elementi olaraq ortaya çıxması qaçınılmazdır. Bunu çox açıq şəkildə ifadə etmək istərdim ki, Türk dünyasının yeni bir mərkəz kimi meydana çıxmağa başladığını görürük. Bu mənada vurğulamaq istərdik ki, türk dünyasının inkişafı dünya sülhünə töhfə verəcək mühüm inkişaflardan biridir”.
N.Kurtulmuş, həmçinin “Xüsusilə Türk Dövlətləri Təşkilatı, parlament səviyyəsində isə Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) vasitəsilə fəaliyyətlərini genişləndirən, hər sahədə əlaqələrini daha da gücləndirmək üçün ortaya və bu təşkilata üzv olan ölkələrin səylərini yüksək qiymətləndiririk” deyib.