Press "Enter" to skip to content

Türk dövlətləri nazirlərinin növbəti toplantısı Şuşada

Nazirlər Şuşaya toplaşır

BAYRAQDAR MEDİA – İyunun 1-də Şuşada Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclası və Türk Akademiyası Elmi Şurasının VII İclası keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “iclaslarda Türk Dövlətləri Təşkilatı, həmçinin Türk Akademiyasına üzv və müşahidəçi dövlətlərin nümayəndə heyətləri iştirak edəcəklər”.

Tədbirlər zamanı ölkə təmsilçiləri arasında ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.

Mission News Theme by Compete Themes.