Press "Enter" to skip to content

Təhsil nazirinə yeni müavin təyin olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi

Son yeniləmə: 27 May 2024 12:01

BAYRAQDAR MEDİA – Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı 27 may 2024-cü il tarixli sərəncama əsasən Xudiyev Rəşad Xəlil oğlu Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, Rəşad Xudiyev bundan əvvəl bir sıra vəzifələrdə çalışıb: “Rəşad Xudiyev Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində aparat rəhbəri, mədəniyyət nazirinin müavini, Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin müdiri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Aparatı, Strateji planlaşdırma, innovasiyalar və təhlil şöbəsi, Dövlət proqramlarının (layihələrin) idarə edilməsi və monitorinqi sektorunun baş məsləhətçisi və digər vəzifələrdə çalışıb”.

Mission News Theme by Compete Themes.