Son yeniləmə: 27 May 2024 11:24
BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı elan edilən müsabiqənin test imtahanı mərhələsi keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 27-də İdarədən məlumat verilib.
Bildirilib ki, “Bakı şəhəri 158 nömrəli tam orta məktəbdə keçirilən test imtahanında 94 nəfər iştirak edib.İmtahanda namizədlərə 30 sualın cavablandırılması üçün 60 dəqiqə vaxt verilib. Test imtahanından uğurlu nəticə göstərən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar”.
Məlumata görə, BŞTİ-nin müdir müavinləri Anar Məmmədov və Xəyalə Əhmədzadə test imtahanı prosesini izləyiblər: “Qeyd edək ki, müsabiqə məktəbəqədər və ümumi təhsil müəssisələrində çalışan loqoped, psixoloq və xüsusi təhsil sahəsində təcrübəsi olan müəllimlər üçün təşkil olunub”.