BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yeni monotamaşanın oxunuş məşqləri başlayıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “alman dramaturqu Tankert Dorstun eyniadlı pyesi əsasında hazırlanan “Mən Feyerbaxam” adlı monotamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, rejissor Şövqi Hüseynov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Zaur Rəşidovdur. Bir hissəli səhnə əsərində Əməkdar artist Şövqi Hüseynov iştirak edəcək”.
Sonra xəbərdə, ”Feyerbax adlı aktyor uzun illər ruhi xəstəxanada yatdıqdan sonra müalicə olunub yenidən çox sevdiyi teatra qayıtmaq qərarına gəlir. O, aktyorluğa həvəslidir və teatrı bir nemət kimi qəbul edir. O, aktyorların yoxlanılması və 7 il əvvəl teatrda itirdiyi əsl simasına qayıtmaq üçün yenidən səhnəyə çıxır. Vaxtilə birgə işlədiyi rejissorları yenidən görmək ümidi ilə səhnəyə çıxsa da, qarşısında onları görməz. Tamaşa zahirən seçim imtahanı kimi görünsə də, daha dərindən bir aktyorun yaşadığı problemlərdən, o problemlərlə mübarizəsindən və mübarizədəki tənhalığından bəhs edir” deyə bildirilir.
Qeyd edək ki, monotamaşa oktyabr ayında Azərbaycanda keçiriləcək monotamaşa festivalı üçün nəzərdə tutulub.