Son yeniləmə: 27 May 2024 18:40
BAYRAQDAR MEDİA – MHP lideri Devlet Bahçeli sürpriz çağırış edib.
Türkgün Gazetesinin məlumatına görə o, “Türk futbolunun stresə düşməməsi üçün” komandaların bu il aşağı liqaya düşürülməməsinə çağırıb.
Bildirilib ki, “Bu həftə Super Liqanın son oyunları keçiriləcək. Çempionluq düyününün həll olunacağı matçlar öncəsi MHP sədri D.Bahçelidən çağırış gəlib. D.Bahçelinin çağırışı MHP-nin rəsmi sosial media hesabında paylaşılıb. Paylaşımda deyilir ki, keçən il 6 fevral zəlzələsini xatırladan MHP lideri “Əsrin fəlakətinin yaraları hələ də sağalmayıb” deyib. O, “Türk futbolunun stressə düşməməsi üçün bu il komandalar aşağı liqaya düşməməli və ya komandaların sayı 21-ə çatdırılmalıdır” çağırışını edib.
Genel Başkanımız Sayın Devlet BAHÇELİ'den Dikkat Çeken Çağrı
Genel Başkanımız Sayın Devlet BAHÇELİ'den futbol kulüplerini ilgilendiren dikkat çekici bir çağrı geldi. Asrın felaketinin yaraları henüz sarılmadı, Türk futbolunun strese girmemesi için bu yıl takımların küme… pic.twitter.com/N9UeXyrBKx
— MHP (@MHP_Bilgi) May 26, 2024