BAYRAQDAR MEDİA – Mayın 25-də İran İnqilab Məhkəməsinin 15-ci bölməsində Güney Azərbaycan milli hərəkatının fəalları Aydın Süleyman Məhəmmədi və Səid Minayinin məhkəmə iclası keçirilib.
Bu barədə xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Xəbərdə deyilir ki, “məhkəmə iclasına xüsusi qəddarlığı ilə seçilən hakim Əbulqasim Sələvati sədrlik edib. Məhkəmədə Süleyman Məhəmmədiyə qarşı “daxili və xarici təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq”, “dövlət quruluşu əleyhinə təbliğat aparmaq” və “Xameneyini təhqir etmək” ittihamları irəli sürülüb. Səid Minayi isə “İranın daxili və xarici təhlükəsizliyinə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq”da ittiham olunub”.
Vurğulanıb ki, hər iki fəal barələrində irəli sürülən ittihamları rədd edib.