Son yeniləmə: 27 May 2024 11:18
BAYRAQDAR MEDİA – “Azərbaycanla Türkiyə arasındakı münasibətlər beynəlxalq əlaqələr üçün nümunədir”.
Bunu Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş deyib.
Anadolu Ajansının məlumatıan görə Azərbaycanın Müstəqillik və Silahlı Qüvvələr Günü münasibətilə Türkiyə Cumhurbaşkanlığı Beştepe Millet Kongre ve Kültür Merkezində keçirilən mərasimdəki çıxışında N.Kurtulmuş bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsindən də yüksək mərhələyə qalxdığını, qardaşlıq hisslərinin tamamilə hakim olduğu və bu əlaqələrin rasional addımlarla daha da gücləndiyi bir dövrə qədəm qoyduğumuzu bildirib.
Türkiyə və Azərbaycanın eyni vaxtda imkan və fürsətlərdən ən yaxşı şəkildə istifadə etməkdə qərarlı olduğunu vurğulayan N.Kurtulmuş daha sonra deyib: “Ümid edirəm ki, bu qətiyyət və əzm çox yaxşı nəticələr verəcək. Türkiyə ilə Azərbaycan arasında olan bu möhkəm əlaqələr bir cazibə mərkəzi yaradacaq və qarşıdakı dövrdə Türk Dövlətləri Təşkilatını dünyanın ən nüfuzlu təşkilatlarından birinə çevirəcək. Qarşıdakı dövrdə Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin hər sahədə daha da irəli getməsi üçün bütün gücümüzlə mübarizə aparacağıq”.
N.Kurtulmuş daha sonra bildirib: “İqtisadi, siyasi, hərbi və digər sahələrdə əlaqələrin qorunub-saxlanacağı, artacağı, ən azı bunlar qədər vacib olan, xalqlar arasında körpülərin möhkəmlənəcəyi bir dövrdəyik. Bu səbəbdən biz təhsil, elm, mədəniyyət, idman və bütün sahələrdə güclü əlaqələr saxlamalı və birgə səylərimizi daha da irəli aparmalıyıq”.