Son yeniləmə: 27 May 2024 11:46
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Azərbaycanda keçiriləcək “COP 29” qardaş Türkiyənin də diqqət mərkəzindədir.
Belə ki, Divan Araştırma ve Eğitim Derneğinə bağlı olan Türk Dünyası İzleme Merkezi reallaşdırdığı “BM söyləşiləri” proqramında məhz bu mövzuda silsilə müzakirələr aparılır.
Bu barədə BAYRAQDAR MEDİA-ya Divan Araştırma ve Eğitim Derneğindən məlumat verilib.
Qeyd edilib ki, “BM söyləşiləri” proqramında növ bəti müzakirə mayın 28-də keçiriliəcək.
Beynəlxalq əlaqələr üzrə ekspert Mücahit Emre Batman “İqlim dəyişikliyi siyasəti və strategiyaları: İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın həyata keçirdiyi siyasət, milli strategiyalar və beynəlxalq əməkdaşlıq” mövzusunda məruzə edəcək.