Son yeniləmə: 27 May 2024 11:05
BAYRAQDAR MEDİA – Mayın 26-da Nizami Kino Mərkəzində, “INSUNx: Sağlam həyat, hüzur və xoşbəxtlik” adlı tədbir keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya “INSUN” Yaşam Mərkəzindən məlumat verilib.
Bildirilib ki, “tədbir “INSUN” Yaşam Mərkəzinin təşəbbüs və təşkilatçılığı, Bakı Yunus Emre İnstitutunu tərəfdaşlığı, Magic Consulting LTD və Timber Concepts MMC-nin sponsorluğu ilə təşkil edilib”.
Məlumata görə, TEDx formatı daşıyan “INSUN X” sağlamlıq, xoşbəxtlik və hüzur istiqamətində cəmiyyətdə məlumatlılığı artırmaq və insan sağlamlığının önəmi ilə bağlı fərqindəlik yaratmaq məqsədilə keçirilib: “Bu məqsəd və missyaya uyğun olaraq, Prof. Dr.Sinan Canan, Psixoloq Ferhat Aydın və Opr.Dr Ayşe Duman kimi peşəkar, zəngin təcrübələri olan mütəxəssislər bir araya gələrək, sağlam, hüzurlu və xoşbəxt həyat haqqında faydalı məlumatlar təqdim ediblər. Belə ki, Prof. Dr. Sinan Canan “Beynimizin ağları: Dikkat, Farkındalık, Hayat ve Hayal” adlı çıxışında beynimizin necə işlədiyi, diqqət və şüurun əhəmiyyəti, həyatımızda tutduğu yer, yuxu görmənin beyinə təsirindən ətraflı bəhs edib”.
Məlumatda deyilir ki, psixoloq Ferhat Aydın “Mutluluk Bulaşıcıdır ve Soğan kokar” başlıqlı təqdimatında xoşbəxtliyin sosial təsirləri və fərdlərin xoşbəxtliyi necə yayması ilə bağlı maraqlı və əyləncəli məlumatlar verib: “Ğz növbəsində Opr. Dr. Ayşe Duman “Zorlanıyorsan Yalnış Yapıyorsun” adlı təqdimatı ilə fiziki və ruhi sağlamlığın əhəmiyyətini vurğulayaraq, düzgün üsullarla daha sağlam və dinc bir həyat yaşamanın yollarını iştirakçılarla paylaşıb.
Məlumatda o da əlavə edilib ki, hər il ənənə halında keçiriləcək “INSUNx: Sağlam həyat, hüzur və xoşbəxtlik” adlı tədbir insanlara sağlamlıq, hüzur və xoşbəxtlik əldə etmək üçün lazım olan alətlər və məlumatlar təqdim etməyi hədəfləyərək, sağlam həyatın qapılarını birgə açmağı səsləyir.