Son yeniləmə: 27 May 2024 10:50
CASCFEN sədri yanında Məşvərət Məclisinin üzvü Fikrət Əliyev türkiyəli müğənni ilə görüşüb
BAYRAQDAR MEDİA – Türk dünyasının xalq yaradıcılığı musiqisinin tanınmış ismi, yazıçı və bəstəkar Ali Kınık Bakıda ilk solo konsertini verib.
Mayın 24-də Heydər Əliyev Sarayında keçirilən konsert maraqlı anlarla yadda qalıb və tamaşaçılar tərəfindən uzun müddət alqışlarla qarşılanıb.
Konsertdən sonra Ali Kınık media təmsilçilərinin suallarını cavablandırıb. Mətbuat konfransından öncə isə müğənniyə xatirə hədiyyələri təqdim edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyindən (CASCFEN) məlumat verilib.
Bildirilib ki, Ali Kınıkla görüşən Unity Company şirkətinin təsisçisi, CASCFEN sədri yanında Məşvərət Məclisinin üzvü Fikrət Əliyev konsertin yüksək səviyyədə keçdiyini deyib: “Görüşdə Ali Kınıkın oxuduğu mahnıların türk dünyası üçün bir çağırış marşı kimi qəbul edildiyi, Azərbaycanda da bu mahnıların sevildiyi bildirilib”.
Sonra Fikrət Əliyev Türkiyə və Azərbyacan qardaşlığını özündə əks etdirən, o cümlədən özəl olaraq hazırlanan xatirə hədiyyəsini Ali Kınıka təqdim edib. Hədiyyəyə görə minnətdarlıq edən Ali Kınık Azərbaycanda konsert verməkdən mənunluğunu ifadə edib.