Press "Enter" to skip to content

700 illik tarixi abidə dağılır

Şamb-e Qazan

BAYRAQDAR MEDİA – Ən son Qacarlar dövründə bərpa edilən, 700 illik tarixi olan “Şamb-e Qazan” hamamı (Təbriz) milli əsərlər siyahısından çıxarıla bilər.

Bu barədə xəbəri GünAz.TV yayıb.

Xəbərdə deyilir ki, “Elxanlılar dövründə tarixi kompleksin içində tikilən hamamın yerli mədəni fəallar tərəfindən məlumat və fotoları çəkilib paylaşılıb. Yerli əhali və mədəni fəalların müraciətlərinə, keçirilən imza kampaniyalarına baxmayaraq tarixi abidənin bərpası və qorunması ilə bağlı addım atılmayıb”.

Məlumata görə, İranın Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatı “Şamb-e Qazan” hamamının da bərpası üçün vəsait ayırmayıb.

Qeyd edək ki, dövlət qurumlarının tarixi abidənin bərpası ilə bağlı vədləri özünü doğrultmayıb.

Mission News Theme by Compete Themes.