Press "Enter" to skip to content

COP29 ərəfəsində daha bir önəmli tədbir

Tədbirdən xatirə fotosu

Son yeniləmə: 25 May 2024 09:08

Yaşıl dünya naminə öyrənmək istəyənlər üçün “Baku EduEXPO-2024”` Beynəlxalq Təhsil sərgi-satış yarmarkası keçirilir

BAYRAQDAR MEDİA – Bəlli olduğu kimi 2024-cü ilin noyabrında Azərbaycanda COP29 kimi dünyada nüfuzıu beynəlxalq tədbir keçiriləcək. Həmin tədbir ərəfəsində isə ölkəmizdə bir sıra maraqlı və yaddaqalan beynəlxalq tədbirlər keçirilir. Bunlardan biri də “Baku EduEXPO-2024” Beynəlxalq Təhsil sərgi-satış yarmarkasıdır.

Məlumat üşün bildirək ki, mayın 24-də sərgi-satış yarmarkanın açılış mərasimi olub.

Açılış mərasimdən də bəyan edildiyi kimi, “Yaşıl dünya naminə öyrənək” şüarı ilə keçirilən tədbir Təhsilin İnkişafı Fondu (TİF) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Baku Design Academy-nin birgə təşkilatçılığı ilə reallaşır.

Nigar Ələsgərova çıxış edərkən
Nigar Ələsgərova çıxış edərkən

KOBSKA-dan verilən məlumata görə, ilk dəfə 2022-ci ildə Kiçikvə Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı və “Gələcəyini inşa et” şüarı ilə təşkil edilən ölkənin ən böyük təhsil layihələrindən birinin əsas məqsədi təhsil sahəsində fəaliyyət göstərən KOB subyektlərinin və mikro sahibkarların tanıdılması, B2B və B2G əlaqələrinin genişləndirilməsi, satış imkanlarının artırılması və bizneslərinin inkişafına dəstək olmaqdır.

Fariz Cəfərov çıxış edərkən
Fariz Cəfərov çıxış edərkən

Beləliklə, məlumata görə, rəsmi açılış mərasimi KOBSKA-nın idarə heyətinin sədri Nigar Ələsgərovanın açılış nitqi ilə başlayıb: “Daha sonra Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədrinin müavini Hikmət Məmmədov çıxış edib. Natiqlər özəl və dövlət qurumlarının, o cümlədən vətəndaş cəmiyyətinin əməkdaşlığı ilə keçirilən layihələrin əhəmiyyətindən və cari layihənin müsbət təsirləri haqqında dəyərli fikirlər səsləndiriblər”.

Stendlərə baxış zamanı
Stendlərə baxış zamanı

Məlumatda həmçinin deyilir: “Açılış mərasimində ali təhsil müəssisələri (Bakı Ali Neft Məktəbi, Azərbaycan Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, ADNSU) rəhbərlikləri iştirak edirdi. Sərgidə xarici dil kursları və imtahan mərkəzləri, psixoloji xidmət göstərən mərkəzlər, universitetlər, yerli və beynəlxalq özəl məktəblərin təmsilçiləri, xaricdə təhsil xidmətləri göstərən qurumlar, uşaq inkişaf mərkəzləri və bağçaları, təlim-tədris mərkəzləri və s. kimi təhsil sektoruna aid şirkətlər təmsil olundu”.

Qeyd edək ki, sərgi-satış yarmarkası 25 maytarixindədə davam edəcək. Tədbirdə müxtəlif ekspertlərin çıxışları və konsert proqramı nəzərdə tutulub.

Tədbirin dəstəkçi şirkəti Nescafe-dir.

“Baku EduEXPO-2024” keçiriləcək

Mission News Theme by Compete Themes.