Son yeniləmə: 24 May 2024 10:50
Fuad Nəcəfli: Azərbaycan Xalq Cümhuriyyətinin mirası olan üçrəngli bayrağımızın Şuşada və işğaldan azad olunmuş digər ərzilərdə dalğalanmasının qürurunu yaşayırıq
BAYRAQDAR MEDİA – “Ümummilli Lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən milli istiqlalımız uğrunda aparılan mübarizəni yüksək qiymətləndirib, müstəqilliyimizin bərpası və möhkəmləndirilməsi uğrunda misilsiz xidmətlər göstərib”.
BAYRAQDAR MEDİA xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.
F.Nəcəfli bildirib ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi və 2023-cü ildə antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub, regionda yeni reallıqlar yaranıb: “Azərbaycan Xalq Cümhuriyyətinin mirası olan üçrəngli bayrağımızın Şuşada və işğaldan azad olunmuş digər ərazilərdə dalğalanmasının qürurunu yaşayırıq. Qarabağda geniş quruculuq işləri gedir”.