BAYRAQDAR MEDİA – Mayın 23-də Güney Azərbaycan türklərinin qətliamının ildönümü ilə əlaqədar Azərbaycan Milli Hərəkatının fəalları Ərdəbil şəhərində divarlara şüarlar yazıb.
Bu barədə xəbəri “Azad İran” Telegram kanalı Abbas Lisaniyə istinadla yayıb.
Xəbərdə deyilir ki, “divarlarda “Xordad qiyamının irsi”, “Azadlıq, Ədalət, Milli Hökumət!” şuarları yazılıb”.
Qeyd edək ki, İran təqvimi ilə 1 Xordad, yəni 22 may 2006-cı ildə İran hökumətinin Güney Azərbaycanlı etirazçılara qanlı divan tutması ilə yaddaşlarda qalıb.