Son yeniləmə: 24 May 2024 12:04
BAYRAQDAR MEDİA – lefkoşa Yunus Emre İnstitutu və İnstitutun ofisinin yerləşdiyi Final Beynəlxalq Universitetində 2023-2024-cü tədris dövründə türk dili kurslarına qatılaraq sertifikat alma hüququ qazananlar üçün mərasim keçirilib.
Bu barədə kibristurk.com saytı məlumat yayıb.
Bildirilib ki, “İnstitutdan verilən məlumata görə, mərasimdə türk dili kurslarına qatılaraq A1 səviyyəsini uğurla başa vuran 12 fərqli millətdən olanlara sertifikatlar verilib. Onlardan biri Kseniya Tışçenkonun təqdimatı və Lefkoşa Yunus Emre İnstitutunun koordinatoru Abdullah Aktaşın açılış nitqi ilə başlayan mərasim maraqlı anlarla yadda qalıb.
Sertifikatların təqdim edilməsindən sonra 12 fərqli ölkədən kursantların öz mədəniyyətlərində mühüm yer tutan yeməklərini öz ölkə stendlərində təqdim edərək iştirakçılara təqdim etmələri ilə mərasim tamamlandı.