Press "Enter" to skip to content

Tehran qızıl bazarında dükanlar hələ də bağlıdır

Qızıl dükanları tətil edir

BAYRAQDAR MEDİA – İranın vergi siyasətinə etiraz edən Tehran qızıl bazarında işləyən sahibkarlar dükanlarını hələ də müştərilərin üzünə açmayıb.

Bu barədə xəbəri “Güney AzFront” Telegram kanalı yayıb.

Xəbərdə deyilir ki, “İranda qızıl alverçiləri üçün tətbiq edilən yeni vergi güzəştlərinə baxmayaraq bir çox şəhərlərdə etiraz aksiyaları davam edir”.

Qeyd edək ki, aprelin 29-dan etibarən Tehran qızıl bazarında dövlətin tətbiq etdiyi yeni vergi siyasətinə etiraz olaraq kütləvi tətillər başladıqdan sonra Urmiya, Ərdəbil, Tehran, Yəzd, İsfahan, Məşhəd, Zəncan və başqa bir neçə şəhərdə də qızıl mağaza sahibləri tətil elan edərək dükanlarını bağlayıb.

Mission News Theme by Compete Themes.