Son yeniləmə: 24 May 2024 12:14
BAYRAQDAR MEDİA – Quzey Makedoniyada yenidən formalaşmış parlamentin ilk iclası mayın 28-də keçiriləcək.
Bu barədə Yeni Balkan məlumat verib.
Bildirilib ki, “parlamentin daxili nizamnaməsinə əsasən, təsis sessiyasına parlamentin ən yaşlı deputatı sədrlik edəcək. Buna görə birinci iclasa millət vəkili Merita Kolçi Kocacıkunun sədrlik etməsi gözlənilir”.
Məlumata görə, parlament mövcud sədri Yovan Mitreski VMRO-DPMNE-dən Nikola Miçeski, SDSM-dən Oliver Spasovski, Avropa Cəbhəsi Koalisiyasından Arber Ademi, “Vlen” Koalisiyasından Halil Snopce, Levicadan Borislav Krmov və ZNAM Hərəkatından Boban Karapejovski ilə görüş keçirib: “Görüşdə o, bildirib ki, . daxili nizamnaməyə uyğun olaraq, təsis sessiyasının gündəliyi üç bənddən ibarət olacaq. Yəni iclasda Yoxlama Komissiyası, Seçki və Təyinat Komissiyası, həmçinin parlament sədrinin seçilməsi reallaşacaq”.