Press "Enter" to skip to content

III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı

Festival işinə başlayıb

BAYRAQDAR MEDİA – 24-31 may tarixləri arasında AMEA-nın bağında III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilir.

Festivalın açılışında Azərbaycanın tanınmış elm, ədəbiyyat, mədəniyyət xadimləri, media nümayəndələri və s. iştirak edib.

Açılış zamanı Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, AMEA prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov və digərləri çıxış edərək kitaba marağın artırılması baxımından belə festivalların keçirilməsinin önəmli olduğunu vurğulayıblar.

Bildirək ki, festival Beynəlxalq Türk Müəllifləri Birliyinin (BTMB) təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH), Türk Mədəniyyəti və İrsi Fondu (ITHCF), Beynəlxalq Türk Akademiyası (BTA), TÜRKSOY, Yunus Emre İnstitutu və digər qurumların təşkilati, həmçinin Bizim.Media-nın rəsmi informasiya dəstəyi ilə keçirilir.

Qeyd edək ki, səkkiz gün davam edəcək festivalın hər günü bir ölkəyə həsr edilərək 24 may – Qırğızıstan Günü, 25 may – Özbəkistan Günü, 26 may – Macarıstan Günü, 27 may – Qazaxıstan Günü, 28 may – Azərbaycan Günü, 29 may – Türkiyə Günü, 30 may – Türkmənistan Günü, 31 may – Kuzey Kıbrıs Türk Cümhuriyyəti Günü olaraq ayrılıb.

Mission News Theme by Compete Themes.