Press "Enter" to skip to content

ESTRAM layihəsi Uşak üçün nümunə oldu

ESTRAM-la tanışlıq

Son yeniləmə: 24 May 2024 10:32

BAYRAQDAR MEDİA – Türkiyənin Uşak Bələdiyyəsinin sədri Özkan Yalım və onu müşayiət edən heyət Eskişehirə səfər eidb. Səfər zamanı qonaqlar ESTRAM Genəl Müdirliyini də ziyarət edib.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Bildirilib ki, “Uşakda həyata keçirmək istədikləri tramvay layihəsi üçün Eskişehir Tramvay Sistemini araşdıran Özkan Yalım və qrupu, ESTRAM baş direktoru Hakan Murat Bayındır və səlahiyyətlilərdən məlumat alıb”.

ESTRAM marşrutları və xətlərin texniki xüsusiyyətləri, tramvay dəstləri, sərnişin tutumları kimi bir çox mövzuda məlumat alan Özkan Yalım, Eskişehirdəki tramvay layihəsinin bir çox şəhərə nümunə olduğunu deyib: “Uşakda etməyi planlaşdırdığımız tramvay layihəsi üçün Türkiyənin brend şəhəri olan Eskişehirin tramvay sistemini araşdırmaq istədik”.

Mission News Theme by Compete Themes.