Son yeniləmə: 24 May 2024 09:26
BAYRAQDAR MEDİA – Türkiyənin Anadolu Universiteti 2024 Bahar Festivalı keçirir. Festival çərçivəsində çərçivəsində bu təhsil ocağının Yunus Emre Kampusu Anadolu Parkında “Tələbə sərgisi və beynəlxalq tələbə mədəniyyəti günü” keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya universitetdən məlumat verilib.
Bildirilib ki, Anadolu Universiteti tələbələrinin iştirakı ilə təşkil edilən Bahar şənliyinə qatılan Anadolu Universitetinin rektoru Prof. Dr. Fuat Erdal, Prorektorlar Prof. Dr. Süleyman Sözen və Prof. Dr. Ali Resul Usül, baş katib Prof. Dr. Ethem Esen, Beynəlxalq Əlaqələr Bölməsinin müdiri Ertuğrul Gökçekuyu və çox sayda tələbə qatılıb. Mərasimdə çıxış edən rektor Prof. Dr. Fuat Erdal “Burada xarici tələbələrimiz öz mədəniyyətlərini, dillərini, müxtəlifliyini və mətbəxini çatdırmaq və digər tələbələrimizlə bölüşmək üçün stendlərini qururlar. Bahar Festivalı bizim üçün çox maarifləndirici bir festival olmaqda davam edir” deyib.
Rektor əlavə edib ki, “Biz müxtəlif qrupların birlikdə əylənməsi və öyrənməsi üçün bu cür tədbirlərə böyük əhəmiyyət veririk”.
Məlumata əsasən, sonra açılan stendləri ziyarət edən rektor tələbələrə diqqətlə yanaşıb, onlarla şəkil çəkdirib: “Gün ərzində davam edən tədbirdə Radio A-nın DJ çıxışları, beynəlxalq tələbələrin musiqi və rəqs şouları, ənənəvi türk rəqslərindən nümunələr nümayiş etdirilib, tələbələr tanıtım stendlərində ölkələrinə xas ləzzətlər təqdim ediblər”.