Press "Enter" to skip to content

Almatıda V Beynəlxalq elmi konfrans keçirildi

Faiq Ələkbərli kitabını Oljas Süleymenova hədiyyə edir

BAYRAQDAR MEDİA – Mayın 23-də qardaş Qazaxıstanın Almatı şəhərində UNESCO himayəsindəki Beynəlxalq Mədəniyyətlərin Yaxınlaşması Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmlərin arxeologiyası: Şumerlər və arifmetikanın mənşəyi” mövzusunda V Beynəlxalq elmi konfrans keçirilib.

Bu barədə xəbəri BAYRAQDAR MEDİA-ya AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, Dos. Faiq Ələkbərli verib.

Xəbərdə deyilir ki, “Faiq Ələkbərli plenar iclasda “İslamaqədərki dövrdə türk fəlsəfəsi və türk filosofları (şumerlər, iskitlər və b.)” mövzusunda məruzə edib. Məruzə beynəlxalq elmi konfransın iştirakçıları tərəfindən maraqla qarşılanıb. Konfransa Azərbaycanla yanaşı Qazaxıstan, Türkiyə, Özbəkistan, Tacikistan, Qırğızıstan və digər ölkələrdən alimlər qatılıb”.

Məlumata görə, konfransın sonunda Faiq Ələkbərli kitablarını Beynəlxalq Mədəniyyətlərin Yaxınlaşması Mərkəzinin direktoru, türk dünyasının böyük yazarı, alimi Oljas Süleymenova hədiyyə edib.

Mission News Theme by Compete Themes.