Press "Enter" to skip to content

65 min pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Son yeniləmə: 24 May 2024 12:09

BAYRAQDAR MEDİA – 2024-cü ilin 4 ayında 65 min pensiya, müavinət və təqaüd təyinatı elektron sistemlər üzərindən proaktiv qaydada həyata keçirilib. Onlardan 15 mini pensiya, 50 mini müavinət və təqaüd təyinatları olub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında qeyd edilib.

Məlumata görə, Nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq sosial təminat növləri üzrə ödənişlərin təyinatı elektronlaşdırılıb: “Proaktiv təyinat mexanizmi vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq sosial ödənişlərin təyinatının e-sistem üzərindən avtomatik şəkildə həyata keçirilməsinə imkan verir”.

Mission News Theme by Compete Themes.