Son yeniləmə: 23 May 2024 10:38
BAYRAQDAR MEDİA – Naxçıvanda yeni yaradılan Təcili Tibbi Yardım Mərkəzində müasir sistem qurulub.
BAYRAQDAR MEDİA xəbər verir ki, bu barədə “Naxçıvan Muxtar Respublikasının səhiyyə sistemində görülən işlər və qarşıda duran vəzifələr” mövzusunda keçirilən konfrans çərçivəsində Mərkəzin işi ilə tanışlıq zamanı məlumat verilib.
Bildirilib ki, muxtar respublika üzrə fəaliyyət göstərən təcili tibbi yardım avtomobilləri daxili və xarici müşahidə kamerası və GPS sistemi ilə təchiz edilib: “Modern texniki və tibbi avadanlıqlarla tam təchiz olunmuş reanimobillər təcili tibbi yardım işinin təşkilində xidmətin keyfiyyətini artıracaq. Mərkəzdə fəaliyyət göstərən “103 Çağrı Mərkəzi”ndə quraşdırılan proqram təminatı vahid koordinasiya mərkəzindən idarəolunmanı təmin edib”.
Qeyd edilib ki, yeni sistem vasitəsilə real vaxt rejimində təcili tibbi yardım avtomobillərinin hərəkətinə onlayn xəritə və canlı video vasitəsilə nəzarət etməyə imkan yaradır.