Son yeniləmə: 23 May 2024 13:58
BAYRAQDAR MEDİA – Bolqarıstan Prezidenti Rumen Radev Romada Avropa İctimai Hüquq Təşkilatının (EPLO) ofisinin açılışında iştirak edib.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Bildirilib ki, “İtaliyaya iki günlük səfərə gələn Rumen Radevi İtaliya Prezidenti Sercio Mattarella qarşılayıb. Avropa İctimai Hüquq Təşkilatının ofisinin açılışında Yunanıstan Prezidenti Katerina Sakellaropoulou da iştirak edib”.
Məlumata görə, çıxışında R.Radev “Azadlıq, demokratiya və insan hüquqları sivilizasiyamızın ən böyük nailiyyətləridir və nəsillər bunun uğrunda çox və sədaqətlə çalışıblar. Bu hüquqlar qeyri-müəyyənlik, artan çağırışlar və sürətli dəyişikliklər dövründə davamlı səylərə layiqdir. Çünki hər gün müdafiə etməli olduğumuz dəyərlərimiz sınaq anlarında köməyimizə çatan mənəvi kompasdır” deyib.