Press "Enter" to skip to content

Qarabağ Universitetinin rektorunun təqdimatı

Təqdimat zamanı

BAYRAQDAR MEDİA – Mayın 22-də Qarabağ Universitetinin rektoru vəzifəsinə təyin edilmiş Şahin Bayramov Elm və Təhsil Nazirliyinin (ETN) heyətinə təqdim olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “təqdimat mərasimində iştirak edən elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısının ali təhsil müəssisəsi ilə bağlı qarşıya qoyduğu tapşırıqlar barədə məlumat verib. Nazir Ş.Bayramova bu məsuliyyətli fəaliyyətində uğurlar arzulayıb. Ş.Bayramov da öz növbəsində göstərilən etimada görə Prezident İlham Əliyevə təşəkkür edib və yeni dövrün tələblərinə cavab verən universitet qurmaq üçün səylə çalışacağını bildirib”.

Mission News Theme by Compete Themes.