Son yeniləmə: 23 May 2024 11:29
BAYRAQDAR MEDİA – Hazırda Naxçıvan səhiyyəsinin maddi-texniki bazasının və kadr potensialının təkmilləşdirilməsi ilə bağlı mühüm layihələr icra olunur, innovativ yeniliklərə əsaslanan rəqəmsal səhiyyə sistemi qurulur.
BAYRAQDAR MEDİA xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.
Onun sözlərinə görə, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq icrası davam etdirilən 11 prioritet istiqamətdən biri də səhiyyənin müasir inkişafının təmin olunmasıdır.
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Naxçıvanın səhiyyə sistemində özünəməxsus rol oynadığını bildirən Fuad Nəcəfli vurğulayıb ki, sözügedən Dövlət Proqramına uyğun olaraq fakültə üçün əlavə kampus inşa olunacaq.