Son yeniləmə: 23 May 2024 10:10
BAYRAQDAR MEDİA – Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli düşərgədə Ülkü Ocakları ilə bir araya gələcək.
Bu barədə Türkgün Gazetesi məlumat yayıb.
Bildirilib ki, “D.Bahçeli ənənəvi olaraq “Kızılcahamamdakı düşərgələri” çərçivəsində millət vəkilləri, əyalət başçıları və bələdiyyə başçılarından sonra bu həftə Ülkü Ocaqları il başçıları ilə görüşəcək. Türk gənclərinin inkişafı və çağın şərtlərinə uyğun təchiz olunmuş şəxsiyyətlər kimi yetişdirilməsi üçün Ülkü Ocaqlarının il başçıları üçün dəfələrlə təşkil edilən düşərgə proqramı bu dəfə 24-26 may 2024-cü il tarixlərində Ankara Kızılcahamamda keçiriləcək”. Məlumata görə, D.Bahçelinin çıxış edəcəyi düşərgədə Ülkü Ocaqlarının əyalət başçıları müxtəlif mövzularda ekspertlər tərəfindən məlumatlandırılacaq.